"Patriot" raketləri ilə bağlı razılığa gəldik - Zelenski


Ukrayna Prezidenti Vladimir Zelenski "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket partiyasının tədarükü barədə razılığın əldə olunduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, o, bu barədə ABŞ-dakı Ukrayna icmasının nümayəndələri və liderləri ilə görüşü zamanı deyib.

"Biz bu gün, kiminlə olduğunu deməyəcəyəm, "Patriot" sistemləri üçün raket paketi barədə razılaşdıq. Vacib qərardır, çox vacibdir. Nəticə var", – Zelenski bildirib./axar.az


MANŞET XƏBƏRLƏRİ