“Ermənistan mümkün olsa, Azərbaycandan qaz alacaq”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
“Mümkün olsa, həm Azərbaycandan, həm də İrandan qaz alacağıq”, - o bildirib.
Simonyan qeyd edib ki, Ermənistan qaz idxalını şaxələndirəcək, bir mərkəzdən (Rusiyadan) asılı olmayacaq.
Təhlükəsizlik Şurasının sədri Rusiyanın qazın qiymətindən Ermənistana qarşı siyasi alət kimi istifadə etdiyini də vurğulayıb:
“Biz artıq demişik və mövqeyimizdə qalırıq: 4 qonşu ölkəmiz var və əgər 5-ci ölkə bizə qaz tranziti təklifi verərsə, biz bu təklifi müzakirə edəcəyik. Qazın qiymətinə siyasi qiymət də daxildir, biz bir borudan, bir təzyiq düyməsindən asılı olmağa hazır deyilik və artıq hazır olmayacağıq və Ermənistan iqtisadiyyatının bütün sahələrinin şaxələndirilməsi prosesini həyata keçirəcəyik”.
Alen Simonyan iddia edib ki, Ermənistan müstəqil ölkədir:
“Ermənistan öz suverenliyini qoruyub saxlayacaq. Rusiyadakı tərəfdaşlarımız həmişə deyirlər ki, qərar vermək sizin suveren hüququnuzdur. Ermənistan öz maraqlarından güzəştə getməyib və güzəştə getməyəcək”./teleqraf