Türkiyə Quru Qoşunları Komandanlığı 500 kilometrə yaxın mənzilli TAYFUN Block-2 ballistik raketlərinin sınaq və qəbul prosesini başa çatdırıb.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin keçirdiyi mətbuat konfransında məlumat verilib.
Nazirlikdən bildirilib ki, Quru Qoşunları Komandanlığı müəyyən sayda TAYFUN Block-2 raketinin yoxlanılmasını və qəbulunu tamamlayıb. Lakin silahlanmaya qəbul edilən raketlərin dəqiq sayı açıqlanmayıb.
TAYFUN Türkiyənin hazırladığı ən uzaqmənzilli ballistik raket kimi tanınır. Roketsan tərəfindən hazırlanan raketin ilk sınaqları 2022-ci ildə keçirilib.
TAYFUN Block-2 modifikasiyası Türkiyədə ilk dəfə 2024-cü ildə keçirilən SAHA Expo beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib. Yeni versiyanın daha yüksək dəqiqliyə, manevr qabiliyyətinə və gücləndirilmiş döyüş başlığına malik olduğu bildirilir.
Aytən Yaşar/ Turkustan.az