ABŞ-da möhtəşəm qarşılanma! Trampdan güc nümayişi


Çin Prezidenti Si Cinpin 11 ildən sonra ABŞ-a ilk səfəri zamanı təmtəraqlı mərasimlə qarşılanıb.

Turkustan.az xəbər verir ki, Si Cinpin həyat yoldaşı Pen Liyuanla birlikdə Vaşinqtona üç günlük səfər üçün gəlib. Çin liderini və xanımını ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp Endryus Hava Bazasında keçirilən mərasimlə qarşılayıblar.

Trampın ev sahibliyi etdiyi mərasimdə hərbi orkestrin çıxışı, artilleriya atəşi və B-1 bombardmançı təyyarələrinin uçuşu nümayiş etdirilib.

ABŞ prezidentləri xarici liderləri adətən Ağ Evdə qarşılasalar da, Trampın Si Cinpini hava bazasında qarşılaması diqqət çəkib.

Bu addım diplomatik jest kimi qiymətləndirilib. Qeyd olunur ki, Trampın Si Cinpini Endryus Birgə Bazasında qarşılaması ABŞ prezidentinin 2015-ci ildə Roma Papası Fransiskdən sonra xarici lideri burada ilk dəfə qarşılamasıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ