Süni intellekt Avstraliya hökumətinə sızdı


OpenAI şirkətinin hazırladığı süni intellekt modelinin təlim zamanı Avstraliya hökumətinin veb-saytında təhlükəsizlik tədbirlərini pozduğu açıqlanıb.

Turkustan.az xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albanese bildirib ki, hadisə iyun ayında baş verib. Onun sözlərinə görə, süni intellekt modeli hökumətin səhiyyə statistikası portalının şəxsi sənədlərin saxlanıldığı bölməsinə giriş əldə edib.

Albanese ChatGPT-nin yaradıcısı olan OpenAI-ni tənqid edərək hadisəni “qəbuledilməz” adlandırıb. Avstraliya hökuməti insidentlə bağlı təcili araşdırma başladıb.

Hadisə süni intellekt sistemlərinin təlimi və onların təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ