Moldovada dron xəbərdarlığı: Rusiya bütün Avropanı təhlükəyə atır


Rusiya-Ukrayna müharibəsi zamanı azı 4 dron Moldovanın hava məkanını pozub.

Turkustan.az xəbər verir ki, Moldovanın Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya gecə və səhər saatlarında həyata keçirdiyi hücumlar zamanı azı 4 pilotsuz uçuş aparatının ölkənin hava məkanına daxil olduğunu açıqlayıb.

Moldovanın şimalındakı Floreşti və Soldaneşti bölgələrində partlayış səsləri eşidilib. Hadisədən sonra təhlükəsizlik tədbirləri gücləndirilib və hava məkanı müvəqqəti olaraq bağlanıb.

Xarici İşlər Nazirliyi hava məkanını pozan iki dronun Moldova ərazisində partladığını bildirib. İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Moldova Prezidenti Maya Sandu Rusiyanın Ukraynaya qarşı müharibəsinin bütün Avropanı təhlükə qarşısında qoyduğunu deyib.

Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ