Polşanın Baş naziri Donald Tusk Rusiyanın qərbi Ukraynaya hücumları səbəbindən Polşa-Ukrayna sərhədindəki bəzi keçid məntəqələrinin boşaldıldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tusk Varşavaya rəsmi səfər edən Bolqarıstanın Baş naziri Rumen Radevi hərbi mərasimlə qarşılayıb. İkitərəfli görüşdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər.
Polşa Baş naziri çıxışında Rusiyanın Ukraynaya qarşı hücumlarının yaratdığı təhlükələrə toxunub. O bildirib ki, qərbi Ukraynaya hücumlar səbəbindən Polşa-Ukrayna sərhədindəki bəzi keçid məntəqələrində tədbirlər görülüb və ərazilər boşaldılıb.
Tusk Ukraynadakı müharibənin yaratdığı problemlərin yalnız tərəflər arasında deyil, region ölkələri üçün də ciddi nəticələr doğurduğunu qeyd edərək, döyüşlərin dayandırılmasına çağırıb.
Aytən Yaşar/ Turkustan.az