Zelenski Ərdoğana təşəkkür etdi


Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Turkustan.az xəbər verir ki, BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edən Ərdoğan Nyu-Yorkda Zelenski ilə görüş keçirib.

Görüşdən sonra sosial media hesabında paylaşım edən Zelenski Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstəyinə görə Ərdoğana təşəkkür edib.

“Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdüm. Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstəyinə görə ona təşəkkür etdim. Rusiyanın Ukraynaya qarşı müharibəsinin beynəlxalq hüquqa hörmət və şərəf çərçivəsində başa çatması həqiqətən çox vacibdir”, – Zelenski bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ