Rutte xəbərdarlıq etdi: “Rusiya hərbi gücünü sürətlə artırır”


NATO-nun baş katibi Mark Rutte Rusiyanın hərbi istehsalını və silahlı qüvvələrini sürətlə genişləndirdiyini bildirərək, alyansın müdafiə hazırlığını davam etdirməsinin vacibliyini vurğulayıb.

Turkustan.az xəbər verir ki, Rutte 11 sentyabr terror hücumlarının 25-ci ildönümü münasibətilə Nyu-Yorkdakı 11 Sentyabr Memorial və Muzeyində keçirilən anım tədbirində çıxış edib.

NATO baş katibi xatırladıb ki, 11 sentyabr hücumlarından sonra alyans tarixində ilk və yeganə dəfə 5-ci maddə tətbiq olunub. Həmin maddəyə əsasən, NATO üzvlərindən birinə edilən hücum bütün üzvlərə qarşı hücum hesab olunur.

Mövcud vəziyyətə toxunan Rutte NATO ölkələrinin kiberhücumlar, təxribatlar və hava məkanının pozulması kimi təhdidlərlə də üzləşdiyini bildirib.

O, alyansın bu təhdidlərə qarşı müdafiə imkanlarını gücləndirdiyini, Avropa ölkələri və Kanadanın isə müdafiə xərclərini və hərbi istehsal gücünü artırdığını qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ