Kanada İranda etirazçılara qarşı təzyiqlərdə iştirak etdikləri bildirilən beş şəxs və beş quruma qarşı yeni sanksiyalar tətbiq edib.
Turkustan.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Kanadanın xarici işlər naziri Anita Anand bildirib ki, yeni sanksiyalar İran hökumətinin və təhlükəsizlik strukturlarının yüksək vəzifəli şəxslərinə, eləcə də dövlət qurumlarına şamil olunur.
Nazirliyin məlumatına görə, sanksiyaya məruz qalan şəxslər və qurumlar rəqəmsal təqib, senzura, qanunsuz zorakılıq, əsassız həbslər və hədə-qorxu yolu ilə müxalif fikirlərin yatırılmasında və İran əhalisinin fundamental azadlıqlarının məhdudlaşdırılmasında iştirak ediblər.
Kanada Xarici İşlər Nazirliyi həmçinin İranın müxalif mövqedə olan şəxsləri izləmək və hədəfə almaq üçün kiber infrastrukturdan istifadə etdiyini bildirib. Yeni sanksiyaların BMT Baş Assambleyasının 81-ci sessiyası fonunda elan edildiyi qeyd olunub.
Aytən Yaşar/ Turkustan.az