Türkmənistan İran aviaşirkətlərinə öz hava məkanından keçməyə icazə verməyib.
Turkustan.az-ın xəbərinə görə, bu barədə İranın Mülki Aviasiya Təşkilatından bildirilib.
Məlumata görə, Türkmənistan İran aviaşirkətlərinə öz hava məkanından keçməyə icazə vermədiyi üçün Tehran-Düşənbə reysi təyinat yerinə eniş edə bilməyib və Tehrandakı İmam Xomeyni hava limanına qayıtmaq məcburiyyətində qalıb./APA