Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi


Albaniya Parlamenti Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin tərkibində ölkə hərbçilərinin Qəzzaya yerləşdirilməsini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, Albaniya Silahlı Qüvvələrinin Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin hərbi əməliyyatında iştirakına icazə verən qanun layihəsi 140 yerlik parlamentdə 106 səslə qəbul edilib. Qanun layihəsinin əleyhinə və ya bitərəf səs verilməyib.

Plana əsasən, Qəzzaya göndəriləcək alban hərbçilərinin sayı maksimum 40 nəfər olacaq.

Qanun layihəsinə əsasən, Albaniya hərbçilərinin missiyası təhlükəsizlik və sabitləşdirmə tədbirlərinə dəstək vermək, şəxsi heyəti, obyektləri və infrastrukturu qorumaq, humanitar yardım fəaliyyətlərinə kömək etmək, təhlükəsizlik vəziyyətini monitorinq etmək və hesabatlar hazırlamaqdan ibarət olacaq.

Bundan əlavə, alban hərbçiləri Sülh Komissiyası çərçivəsində müəyyən edilmiş mandata uyğun digər vəzifələri də yerinə yetirə biləcəklər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ