ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalardan sonra İranla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında uçuşlar dayandırılıb.
Turkustan.az xəbər verir ki, İran Tələbələri Xəbər Agentliyinin (ISNA) məlumatına görə, İran aviaşirkətlərinin BƏƏ-yə bütün uçuşları ləğv edilib.
ABŞ-ın maliyyə naziri Skott Bessent sanksiyalarla əlaqədar İran aviaşirkətlərinin sentyabrın 23-dən etibarən qlobal miqyasda fəaliyyətini dayandıracağını açıqlayıb.
Sanksiyaların tətbiqindən sonra sentyabrın 23-də Tehran-Bağdad və Tehran-Məsqət reysləri də ləğv edilib.
Aytən Yaşar/ Turkustan.az