Məlum olub ki, buludlarda da mikroplastiklər var


Yaponiyada aparılan araşdırmalar göstərib ki, buludlarda insan sağlamlığı üçün zərərli olan mikroplastiklər var.

Turkustan.az xəbər verir ki, Yaponiyanın Vaseda Universitetində aparılan araşdırmada buludlarda mikroplastiklərin varlığı araşdırılıb.

Araşdırmada tədqiqatçılar Fuji və Oyama dağlarında 1300 ilə 3 min 776 metr yüksəklikdəki buludlardan nümunələr toplayıb və qabaqcıl görüntüləmə üsulları ilə bu nümunələri araşdırıblar.

Nümunələrin tədqiqindən sonra buludlarda 9 fərqli polimer növü aşkar edilib.

Buludlrda hər litr su buxarında orta hesabla 6,7-13,9 mikroplastik hissəcik olduğunu təyin edən tədqiqatçılar bu vəziyyətin iqlimə təsir edə biləcəyinin vurğuladılar.

Tədqiqatçılardan biri Hiroşi Okoçi deyib: “Əgər “plastik havanın çirklənməsi” problemi həll edilməsə, iqlim dəyişikliyi və ekoloji risklər baş verə bilər və gələcəkdə ətraf mühitə geri dönməz ciddi ziyan vura bilər”.

Araşdırmanın nəticələri “Environmental Chemistry” jurnalında dərc olunub.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ