Qızıldan da qiymətli imiş - Alimlərdən ŞOK tapıntı


İngiltərənin York şəhərində aparılan arxeoloji qazıntılar zamanı Roma dövrünə aid təxminən 1700 illik məzarlarda olduqca nadir bənövşəyi boya aşkar edilib.

Turkustan.az xəbər verir ki, alimlərin bildirdiyinə görə, “Tyrian bənövşəyi” adlanan bu xüsusi piqment qədim dövrdə qızıldan belə daha dəyərli hesab olunurmuş.

Araşdırma zamanı boya qalıqları uşaqlara aid dəfn parçalarında müəyyən edilib. Mütəxəssislərin sözlərinə görə, bu rəng Aralıq dənizində yaşayan xüsusi dəniz ilbizlərindən əldə olunurdu və istehsalı olduqca çətin idi. Buna görə də həmin rəngdən yalnız imperatorlar, aristokratlar və yüksək təbəqə istifadə edə bilirdi.

Alimlər parçaların üzərində qızıl işləmələrin də ola biləcəyini ehtimal edirlər. Bu isə məzarda dəfn olunan şəxslərin yüksək statusa malik olduğunu göstərir.

Tarixçilər qeyd edirlər ki, Tyrian bənövşəyi qədim Romada güc və sərvətin simvolu sayılırdı. Bəzi dövrlərdə bu rəngli geyimlərin istifadəsi yalnız imperator ailəsinə icazə verilən xüsusi imtiyaz hesab olunurdu. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ