Braziliyalı alimlər təxminən 20 metr uzunluğunda olan yeni nəhəng dinozavr növü aşkar ediblər.
Turkustan.az xəbər verir ki, tapılan qalıqlar arasında insan boyuna yaxın ölçüdə bir sümüyün olması dinozavrın olduqca iri ölçülərə malik olduğunu göstərir.
"Dasosaurus tocantinensis" adlandırılan nəhəng dinozavr bu ay dərc olunan elmi araşdırmada elm ictimaiyyətinə təqdim olunub.
Dinozavr qalıqları 2021-ci ildə Braziliyanın şimal-şərqindəki Maranhao əyalətindəki Davinopolis yaxınlığında aparılan infrastruktur işləri zamanı aşkar edilmişdir.
Tapılan qalıqlar arasında təxminən 1,5 metr uzunluğunda bud sümüyü var. Məhz bu sümüyə əsasən alimlər dinozavrın uzunluğunun təxminən 20 metrə çata biləcəyini hesablayıblar. /Cebheinfo.az/