Dünyanın ən yaxşı kolbasası açıqlandı - Qeyri-adi tərkibi var


Dünyanın ən yaxşı kolbasaları siyahısına Portuqaliyanın "Alheira de Mirandela” məhsulu liderlik edir. Onun içliyi qeyri-adi hesab olunur, çünki ətin yanında çörək parçaları da istifadə edilir.

Turkustan.az "Polsatnews"a istinadən xəbər verir ki, "Mirandela" kolbasası mal və donuz ətindən, həmçinin yağ, quş əti, buğda çörəyi, zeytun yağı və piydən hazırlanır. Ona duz, sarımsaq və şirin və ya acı bibər əlavə edilərək ədviyyatlandırılır.

Siyahıda ikinci yeri Polşa istehsal edilən hisə verilmiş kolbasa tutub. Klassik reseptə əsasən, o, donuz ətindən hazırlanır və duzlama zamanı istiot, şəkər, sarımsaq və çox vaxt mayoran əlavə edilir.

Daha sonra ət qarışığı iri qabığa doldurulur və 1–1,5 gün ərzində soyuq üsulla hisə verilir. Lakin hazırda daha çox isti hisəvermə üsulundan istifadə olunur, çünki bu, istehsal prosesini daha sürətli edir. 1964-cü ildən etibarən bazara tərkibinə 20% mal əti əlavə edilən versiyası da çıxarılıb.

Üçlüyü İspaniyanın "Chistorra” kolbasası tamamlayır. Bu, donuz ətindən hazırlanan sürətli duzlanmış kolbasadır, bəzən mal əti farşı ilə qarışdırılır. Ənənəvi olaraq sarımsaq, duz və paprika ilə ədviyyatlandırılır və ona xarakterik qırmızı rəng verir. /Qaynarinfo/


MANŞET XƏBƏRLƏRİ