Putin-Zelenski görüşü Bakıda keçirilə bilər? - Kremldən cavab


Kremlin sözçüsü Dmitri Peskov hazırda Ukrayna ilə bağlı danışıqlar üçün Azərbaycanın platforma kimi istifadəsinin gündəmdə olmadığını bildirib.

Turkustan.az TASS-a istinadla xəbər verir ki, o bu istiqamətdə hələlik konkret müzakirələr aparılmadığını bildirib:

"Belə bir format üzrə razılaşma yoxdur".

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevlə keçirdiyi görüşdən sonra Vladimir Putinlə Azərbaycanda görüşə biləcəyini bildirib./“Yeni Sabah”


MANŞET XƏBƏRLƏRİ