İsrail Müdafiə Nazirliyi son 24 saat ərzində ABŞ-dan 6500 ton sursat və yüngül zirehli texnika daşıyan iki yük gəmisi və bir neçə təyyarənin İsrailə gəldiyini açıqladı.
Turkustan.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyi Hayfa və Aşdod limanlarına gələn gəmilərin minlərlə hava və quru sursatı, hərbi yük maşınları, Birgə Yüngül Taktiki Nəqliyyat Vasitələri (JLTV) və əlavə avadanlıq daşıdığını açıqladı.
Bəyanatda 6500 ton ağırlığında avadanlıq və sursatın ölkə daxilində müxtəlif bazalara daşındığı qeyd olunsa da, ABŞ hərbi təyyarələrinin hansı bazalara endiyi barədə məlumat verilməyib.
Açıqlamada ifadələri yer alan müdafiə naziri Yisrael Katz, "məqsədlərinin İsrail ordusunun lazım olduqda istənilən yerdə düşmənlərinə qarşı tam gücdə hücumlara qayıda bilməsini təmin etmək olduğunu" iddia etdi.
Müdafiə Nazirliyinin direktoru general Əmir Baram bildirib ki, ABŞ-dan hərbi göndərişlər qarşıdakı həftələrdə də intensivləşməyə davam edəcək.
Bəyanatda həmçinin ABŞ-la birlikdə İrana hücumların başladığı 28 fevraldan bəri hərbi yük təyyarələri və gəmilərinin ABŞ-dan İsrailə 115.600 tondan çox hərbi texnika daşıdığı barədə məlumatlar da yer alıb.
Aytən Yaşar/ Turkustan.az