Abituriyentlərin DİQQƏTİNƏ - Yeni esse tapşırığının balı belə hesablanacaq – RƏSMİ


Xəbər verdiyimiz kimi, növbəti ildən etibarən 11-ci sinifin buraxılış imtahanında xarici dil fənnində yazı tapşırığı da salınacaq.

Belə ki, bu tapşırığa əsasən abituriyentlər öz fikirlərini ən azı 100 sözdən ibarət bir mətnlə təqdim etməlidirlər.

Yeni tapşırıqla bağlı yaranan suallardan biri də onun abituriyentə neçə bal verəcəyidir.

Qeyd edək ki, magistratura imtahanında esse maksimium 5 balla qiymətləndirilir.

Bəs bu, buraxılış imtahanında necə olacaq?

Bizim.Media mövzuyla bağlı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlayıb:

Mərkəzin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, şagirdlər essedən maksimium olaraq 5 bal toplaya bilərlər.

O, bu balın necə hesablanacağını da açıqlayıb:

"Xarici dil fənləri də digər fənlər kimi ümumilikdə 100 ballıq şkaladan qiymətləndirilir. Həmin şkalada isə əgər maksimal formada tapşırığı yerinə yetirsələr, hesablamalar nəticəsində 16.67 bal toplamış olacaqlar".


MANŞET XƏBƏRLƏRİ