ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib ki, Rusiya müəyyən dərəcədə İrana ABŞ-la münaqişə şəraitində dəstək göstərir.
Turkustan.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən ictimai dinləmələr zamanı Keyn senatorlara Kreml lideri Vladimir Putinin İranın hərbi fəaliyyətlərinə müəyyən formada yardım etdiyini deyib.
O, dinləmələrin açıq formatda keçirildiyini əsas gətirərək detallı məlumat verməkdən imtina etsə də, “orada müəyyən addımların atıldığı aydındır” ifadəsini işlədib.
Komitə sədri Respublikaçı senator Rocer Viker də Keynin fikirləri ilə razılaşdığını bildirib. O qeyd edib ki, “Putinin Rusiyasının İranda ABŞ-ın səylərinə mane olmaq üçün ciddi addımlar atdığına şübhə yoxdur”.
Aytən Yaşar/ Turkustan.az