ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzin İranla bağlı açıqlamalarını tənqid edib və ona prioritetlərini dəyişməyi tövsiyə edib.
Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edərək Merzi hədəfə alıb. O, Almaniya kanslerinin İranın nüvə proqramı ilə bağlı əvvəlki mövqeyini də yenidən gündəmə gətirib.
Tramp bildirib ki, Merz daha çox Rusiya-Ukrayna müharibəsinə diqqət ayırmalı və bu münaqişənin sona çatdırılması üçün səylərini artırmalıdır. ABŞ prezidenti, həmçinin Almaniyanın daxili problemlərinə – xüsusilə immiqrasiya və enerji sahələrinə fokuslanmasının vacibliyini vurğulayıb.
O əlavə edib ki, İranın nüvə təhlükəsinin qarşısını almağa çalışan tərəflərə müdaxilə etmək əvəzinə, bu istiqamətdə daha az aktiv mövqe sərgiləmək daha məqsədəuyğun olardı.
Qeyd edək ki, Tramp bundan əvvəlki çıxışlarında da NATO ölkələrini İran məsələsində kifayət qədər dəstək verməməkdə ittiham edib və xüsusilə Böyük Britaniya ilə Almaniyanı tez-tez tənqid edib.
Aytən Yaşar/ Turkustan.az