Kallas: “Hörmüz boğazındakı çıxılmaz vəziyyətdən çıxış yolu görünmür”


Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib ki, Avropa enerji və ticarət axınlarının bərpasında daha fəal rol oynaya bilər.

Turkustan.az xəbər verir ki, o, bu açıqlamanı Estoniyada keçirilən Skandinaviya-Baltikyanı Səkkizlik Xarici İşlər Nazirlərinin görüşündən sonra mətbuata verib.

Kallas qeyd edib ki, Hörmüz boğazında yaranmış vəziyyətdən tez çıxış yolu görünmür və bunun qlobal iqtisadiyyata mənfi təsirləri davam edir. Onun sözlərinə görə, vəziyyət qlobal bazarları sarsıdır və Rusiya artan neft qiymətlərindən əlavə gəlir əldə edir. O, həmçinin Avropanın ABŞ-dan Skandinaviya və Baltikyanı ölkələrə silah tədarükündə gecikmələrin yaşandığını bildirib.

Aİ rəsmisi qeyd edib ki, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri dəniz nəqliyyatına qoyulan məhdudiyyətlərə görə İrana qarşı sanksiyaların genişləndirilməsi barədə razılığa gəliblər.

Kallas vurğulayıb ki, Avropa dəniz əməliyyatları enerji və ticarət axınlarının bərpasında daha mühüm rol oynaya bilər. O, eyni zamanda İranın nüvə və raket proqramları, eləcə də regiondakı silahlı qruplara dəstəyi məsələsinin gündəmdə saxlanılmasının vacibliyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ