Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib.
Turkustan.az xəbər, verir ki şöbənin birinci mərtəbəsində qeydə alınan hadisə zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.
O, təcili olaraq xəstəxanaya hospitalizasiya olunub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin baş vermə səbəbləri araşdırılır.
****
Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub.
Turkustan.az xəbər verir ki, xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar. Araşdırma aparılır.(Oxu.az)