Medvedev: Nüvə apokalipsisi mümkündür


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskvada keçirilən konfransda çıxışı zamanı beynəlxalq vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı sərt açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Medvedev nüvə müharibəsi ehtimalına toxunaraq bunun mümkün ssenari olduğunu bildirib və belə bir vəziyyətə hazır olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya bu istiqamətdə strateji imkanlarını qoruyur və inkişaf etdirir.

Avropa liderlərini də tənqid edən Medvedev Avropa İttifaqının hazırkı siyasətini qeyri-konstruktiv adlandırıb və bəzi siyasətçilərin Rusiya ilə müharibə ritorikasını təhlükəli hesab etdiyini qeyd edib.

O bildirib ki, Rusiya ilə Avropa arasındakı gərginliyin qısa müddətdə aradan qalxması real görünmür. Bununla yanaşı, Medvedev Rusiyanın Avropaya hücum etmək niyyətində olmadığını da vurğulayıb.

Rusiya rəsmisi əlavə edib ki, davamlı şəkildə müharibə ehtimalından danışılması vəziyyəti daha da gərginləşdirə bilər və bu səbəbdən tərəflər dialoqa üstünlük verməlidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ