İmamoğlu işi: Prokuror 9 müttəhim üçün azadlıq tələb etdi


İstanbul meri vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Əkrəm İmamoğluna qarşı korrupsiya işi üzrə məhkəmə prosesi davam edib.

Turkustan.az xəbər verir ki, İstanbul 40-cı Ağır Cinayət Məhkəməsində keçirilən iclas zamanı İmamoğlu çıxış etmək üçün söz istəsə də, hakim buna icazə verməyib. Bu qərar məhkəmə zalında gərginliyə səbəb olub.

Hakim bildirib ki, heç kimə xüsusi imtiyaz verilmir və çıxış hüququ yalnız müəyyən qaydalar çərçivəsində mümkündür. İmamoğlunun etiraz etməsi və səsini qaldırması fonunda hakim onu zaldan çıxarmaqla hədələyib.

İclas zamanı bəzi təqsirləndirilən şəxslərin azadlığa buraxılması tələb olunub, zalda çəkiliş aparan bir nəfər isə saxlanılıb.

Prokuror çıxışında hazırda həbsdə olan bir sıra şəxslərlə bağlı mövqeyini açıqlayaraq, onların azadlığa buraxılmasını istəyib. Bildirilib ki, Emrah Yüksel, İsmət Qorxmaz, Mehmet Çağlar Kuru, Ulaş Yılmaz, Yusuf Utku Şahin, Çağlar Türkmen, Adem Soytekin, Seyhan Özcan və Nuri Cem Ceylan barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət təqdim olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ