Ermənistan yaxınlarda Azərbaycana mal ixrac edəcək – Paşinyan


2025-ci ilin noyabr ayından indiyədək Azərbaycan ərazisi vasitəsilə Ermənistana təxminən 26 min ton mal idxal olunub.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, hazırda Ermənistandan malların ixracı üçün praktiki olaraq heç bir maneə və məhdudiyyət yoxdur. O qeyd edib ki, işgüzar dairələrin siyahıları təqdim olunub, yaxın vaxtlarda Ermənistandan müəyyən məhsul qruplarının Azərbaycana ixracı mümkündür.

Nikol Paşinyan əlavə edib ki, indiyədək işgüzar dairələri öz siyahılarını iki ölkənin hökumətləri vasitəsilə təqdim ediblər:

“Amma ticarət axınları artdığı üçün hökumətlərin bu prosesi əvvəlki kimi idarə etməsi artıq məqsədəuyğun deyil. Ona görə də, bundan sonra əsas rol birbaşa işgüzar tərəflərin əməkdaşlığına veriləcək”.


MANŞET XƏBƏRLƏRİ