“Tramp Marşrutu”nun həyata keçirilməsi üçün Azərbaycan və Ermənistanın sərhədləri aydın şəkildə müəyyənləşdirilməlidir”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir qeyd edib ki, layihə çərçivəsində dəmir yolu xətti çəkilməlidir.
“Buna görə də dəqiq sərhəd olmalıdır ki, Ermənistan və Azərbaycanın məsuliyyət zonalarının harada olduğu aydın olsun”, - Paşinyan əlavə edib./teleqraf