İran Parlamentinin Enerji Komissiyası sədr müavini Kadiri ABŞ-ın sanksiya xəbərdarlıqlarına baxmayaraq, bəzi ölkələrin Hörmüz boğazından keçid üçün ödəniş etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, İranın ICANA xəbər agentliyinin məlumatına görə, Kadiri ABŞ-ın İrana və əlaqəli tərəflərə qarşı yeni sanksiya mərhələsi ilə bağlı xəbərdarlıqlarına münasibət bildirib.
O qeyd edib ki, Vaşinqton Hörmüz boğazından keçid və tranzit ödənişləri ilə bağlı məhdudiyyətlərə əməl etməyən tərəflərin sanksiyalarla üzləşəcəyini açıqlayıb. Lakin Kadiri bəzi ölkələrin bu xəbərdarlıqlara baxmayaraq fəaliyyətlərini davam etdirdiyini iddia edib.
Onun sözlərinə görə, Çin, Hindistan və Yaponiya kimi ölkələr gəmilərinin keçidi üçün ödəniş edir və eyni zamanda İranın neft və neft məhsullarının alıcıları kimi çıxış edirlər.
Aytən Yaşar/ Turkustan.az