Paşinyan Kremldə Putini lağa qoydu – VİDEO


Xəbər verdiyimiz kimi Ermənistanın Baş naziri Nikol Paşinyan Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Turkustan.az bildirir ki, görüş zamanı Paşinyan Putinə Ermənistandakı demokratiyadan danışıb.

“Ermənistan vətəndaşları ölkədə həddindən artıq demokratiyanın olduğuna inanırlar. Sosial mediamız 100 faiz azaddır və heç bir məhdudiyyət yoxdur. Və bir çox vətəndaş bunun həddindən artıq azadlıq olduğunu düşünür” Paşinyan vurğulayıb.

Onun bu cür fikirlər səsləndirməsi Putinə eyham kimi qiymətləndirilib. Belə ki, bəzi ekspertlər Paşinyanın bununla Putini lağa qoyduğunu və sanki Rusiyada demokratiyanın boğulduğunu göstərməyə çalışdığını düşünürlər. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ