İsrail–Hizbullah toqquşması: 12 əsgər yaralandı


İsrail ordusu Hizbullahın şimal sərhədindəki Şomera yaxınlığındakı hərbi mövqeyə endirdiyi pilotsuz təyyarə hücumunda 12 əsgərin yaralandığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsrail ordusu mətbuat açıqlamasında şimal sərhədindəki Şomera yaxınlığındakı hərbi mövqeyə pilotsuz təyyarə hücumu edildiyini bildirib.

Bəyanatda Hizbullahın hücumu nəticəsində 12 İsrail əsgərinin yaralandığı bildirilib.

Bəyanatda Livandan atılan pilotsuz təyyarənin zirehli yük daşıyıcısına zərbə endirdiyi və nəticədə yanğına səbəb olduğu, həmçinin ərazidəki bəzi artilleriya mərmilərinin partladığı qeyd edilib.

İsrailin "Yedioth Ahronoth" qəzeti bu səhər şimaldakı 15 yaşayış məntəqəsində siren səslərinin eşidilməsindən sonra pilotsuz təyyarənin Şomera ərazisində birbaşa bir nəqliyyat vasitəsinə dəydiyini və güclü partlayış səsi eşidildiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ