Pakistanda lentə alınan görüntülər izləyənləri şoka saldı


Pakistanda yüksək keyfiyyətli futbol toplarının istehsal olunduğu bir fabrik sosial mediada geniş maraq doğurub.

Turkustan.az xəbər verir ki, paylaşılan görüntülər topların istehsal prosesinin böyük hissəsinin hələ də əl ilə həyata keçirildiyini göstərir. İşçilərin hər bir hissəni diqqətlə birləşdirməsi və detallara verdiyi önəm izləyicilərin diqqətini çəkib.

İstehsal prosesinin zəhmətli və vaxt aparan olduğu, tikişdən keyfiyyətə nəzarətə qədər hər mərhələdə yüksək dəqiqlik tələb olunduğu vurğulanır.

Qeyd edək ki, Pakistandakı bu cür müəssisələr dünyanın tanınmış idman brendləri üçün futbol topları istehsal edir və qlobal futbol sənayesində mühüm rol oynayır.

Sözügedən video qısa müddətdə milyonlarla baxış toplayıb, istifadəçilər isə xüsusilə işçilərin zəhmətini və məhsulun keyfiyyətini yüksək qiymətləndiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ