Telefonunuza bu proqramı yükləməyin - Mesajlarınız oxunacaq - DİQQƏT


Android cihazları üçün aşkar edilən yeni “Sturnus” virusu “WhatsApp”, “Telegram” və “Signal” kimi şifrələnmiş mesajlaşma tətbiqlərini təhlükə altında qoyur. Virus “Əlçatanlıq” icazəsini ələ keçirərək ekranda görünən mesajları birbaşa kopyalayır və beləliklə, şifrələməni tamamilə yararsız edir.

Turkustan.az milli.az-a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, virus cihazda “WhatsApp” yazışmalarını “Telegram” kanallarını ekranda göründüyü kimi fon faylı kimi qeyd edir və hücumçulara ötürür. “Sturnus”un ən təhlükəli xüsusiyyəti istifadədə olan bank tətbiqlərini aşkar edib saxta giriş ekranı göstərməsidir. Bu zaman istifadəçinin müştəri nömrəsi, parolu, təsdiqləmə məlumatı birbaşa kibercinayətkarlara ötürülür.

Virus həmçinin cihazı uzaqdan idarə etmək imkanı verir. Hücumçular ekranı qaralda, pul köçürmələri edə, SMS kodlarını oxuya və təhlükəsizlik proqramlarını deaktiv edə bilirlər.

Necə qorunmalı?

Mütəxəssislər aşağıdakı tədbirləri tövsiyə edir:

Rəsmi mağazalardan kənar APK quraşdırmayın.

“Əlçatanlıq” icazəsi istəyən adi proqramlara qarşı diqqətli olun.

Etibarlı antivirusdan istifadə edin.

“Google Play Protect” funksiyasını aktiv saxlayın.

“Sturnus” hazırda “Android” ekosistemində görülen ən inkişaf etmiş zərərli proqramlardan biri hesab olunur və tək bir icazə ilə bütün şəxsi məlumatları ələ keçirə bilir.


MANŞET XƏBƏRLƏRİ