Britaniya hava məkanında fəaliyyət göstərən F-35 qırıcıları İordaniyaya dəstək məqsədilə İran dronlarını vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu hadisə “Royal Air Force”a məxsus F-35 təyyarəsinin döyüş əməliyyatı zamanı hədəfi məhv etməsi ilə bağlı ilk hal kimi qeydə alınıb.
Açıqlamada qeyd olunub ki, əməliyyat Böyük Britaniyanın maraqlarının qorunmasına yönəlmiş müdafiə tədbirlərinin bir hissəsi olub. F-35 qırıcılarına “Eurofighter Typhoon” tipli “Tayfun” təyyarələri və yanacaqdoldurma tankeri dəstək verib.
Nazirlik əməliyyatın koordinasiyalı şəkildə həyata keçirildiyini və regionda təhlükəsizliyin təmin olunmasına yönəldiyini vurğulayıb. /Globalinfo.az/