İranın cənubundakı Fars əyalətinin Ciraş bölgəsində 10 kilometr dərinlikdə 4,3 bal gücündə zəlzələ baş verib.
Turkustan.az xəbər verir ki, zəlzələdən sonra bəzi Qərb və İsrail müdafiə mütəxəssisləri bunun İran tərəfindən həyata keçirilən mümkün nüvə sınağı ola biləcəyindən narahatlıqlarını bildiriblər.
Səlahiyyətli şəxslərin paylaşdığı məlumatlara görə, zəlzələ yerin təxminən 10 kilometr dərinliyində baş verib. Bölgədən itki və ya maddi ziyanla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Bəzi Qərb və İsrail müdafiə mütəxəssisləri zəlzələnin xüsusiyyətlərinə diqqət çəkərək, onun təbii təkandan daha çox yeraltı partlayışdan qaynaqlandığı ehtimalını irəli sürüblər. Lakin bu qiymətləndirmələr hazırda texniki təhlillərə əsaslanır və sadəcə fərziyyələrdir.
İran hakimiyyəti zəlzələnin təbii təkan olduğunu bildirib, lakin nüvə sınağı iddiaları ilə bağlı rəsmi təsdiq yoxdur. Beynəlxalq müşahidələrdən və seysmik məlumatların ətraflı təhlilindən sonra daha aydın mənzərənin ortaya çıxacağı gözlənilir.
Aytən Yaşar/ Turkustan.az