Müharibənin ən böyük itkisi! Nəhəng gəmi batırıldı


İran Hərbi Dəniz Qüvvələrinin ən vacib silahlarından biri olan və ötən ilin fevral ayında xidmətə başlayan IRIS Shahid Bagheri pilotsuz təyyarə daşıyıcısı ABŞ ordusunun hava hücumu nəticəsində batıb.

Turkustan.az xəbər verir ki, hava hücumundan müdafiə sistemləri, xüsusi təyinatlı dəstələr, tibb müəssisələri, çoxsaylı təchizat stansiyaları və müxtəlif hərbi hissələrin yerləşdiyi nəhəng gəmi İran İnqilab Keşikçiləri tərəfindən 6 fevral 2025-ci ildə istifadəyə verilib.

Dünən Küveyt ordusunun "səhv atəşi" nəticəsində 3 F-15 təyyarəsi vurulan ABŞ ordusu, müharibənin dördüncü günündə "Şəhid Bəhmən Bageri" gəmisini batırmaqla İrana ən böyük zərbələrdən birini vurdu.

22.000 dəniz mili məsafə qət edə bilən nəhəng gəmi yanacaq doldurmadan bir il işləyə bilirdi.

Şahid Bagheri (IRIS) İran İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin ilk PUA daşıyıcı gəmisi kimi tanınırdı. Əvvəlcə 2000-ci ildə Cənubi Koreyada Perarin konteyner gəmisi kimi inşa edilmiş bu gəmi 2022-2024-cü illər arasında hərbi məqsədlər üçün yenidən dizayn edilmişdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ