Birləşmiş Ərəb Əmirlikləri İranın raket obyektlərinə zərbə endirməyi müzakirə edir.
Turkustan.az xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.
Bildirilib ki, ölkə hakimiyyəti bu addımı müharibənin başlanğıcından bəri BƏƏ-nin 186 raket və 812 dron hücumuna məruz qalmasından sonra düşünür.
İranın hücumları əsasən Əbu-Dabi və Dubay şəhərlərini hədəf alıb. Bu vəziyyət Körfəz regionunda gərginliyi daha da artırıb. BƏƏ rəhbərliyi müttəfiqlərlə hərbi əməliyyatları koordinasiya etməyi planlaşdırır. Hazırda mümkün hücumların konkret vaxtı və həcmi açıqlanmayıb. /modern.az/az/