İranın dayanmaq niyyəti yoxdur! Onun cavabı sərt və sürətli oldu


İranın ABŞ və İsrail hücumlarına cavab zərbələri nəticəsində İsrailin mərkəzində yerləşən və “Böyük Təl-Əviv” kimi tanınan Quş Dan bölgəsində dörd nəfər yüngül xəsarət alıb.

Turkustan.az xəbər verir ki, İsrailin təcili tibbi yardım xidməti Magen David Adom (Davidin Qırmızı Ulduzu) müdaxilə zamanı qəlpə parçalarının Təl-Əviv və ətraf ərazilərə düşdüyünü açıqlayıb.

Bəyanatda bildirilib ki, qəlpələrin düşməsi səbəbindən Təl-Əvivlə yanaşı Givat Şmuel, Ramat Qan, Petah Tikva, Bnei Brak və Roş Haayin şəhərlərinə briqadalar göndərilib. Bnei Brakda bir binanın qəlpələr nəticəsində zərər gördüyü qeyd olunub. Xəsarət alan dörd nəfərdən ikisinin Bnei Brakda olduğu bildirilib.

Hadisə zamanı bəzi nəqliyyat vasitələrinin alovlandığı və ərazidən tüstü qalxdığı müşahidə edilib. İsrail ordusu raket parçalarının düşdüyü ərazilərdə təcili yardım qruplarının fəaliyyət göstərdiyini açıqlayıb.

Hərbçilər, həmçinin İrandan İsrail istiqamətində yeni raketlərin atıldığını müəyyən etdiklərini və hava hücumundan müdafiə sistemlərinin onları zərərsizləşdirmək üçün işə salındığını bildiriblər. Rəsmi bəyanatda həyəcan siqnallarının bir neçə dəqiqə ərzində işə düşə biləcəyi vurğulanaraq, əhaliyə təhlükəsizlik təlimatlarına əməl etmələri tövsiyə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ