İranda rejim dəyişikliyi ssenariləri yüksək səslə müzakirə olunarkən, devrilmiş Şah Məhəmməd Rza Pəhləvinin sürgündəki oğlu, Şahzadə Rza Pəhləvi mümkün müharibə və ya dəyişiklik prosesindən sonra ölkəni ələ keçirmək istədiyini açıq şəkildə ifadə edib.
Turkustan.az xəbər verir ki, lakin bu tələb ABŞ Prezidenti Donald Tramp tərəfindən gözlənilən dəstəyi almayıb.
Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada Tramp Pəhləvinin adının mümkün seçim olub-olmadığı barədə danışıb. O, Pəhləvi haqqında müsbət fikirlərini ifadə etsə də, siyasi liderlik baxımından “daxildən olan bir şəxsə” üstünlük verilməsinin vacib olduğunu vurğulayıb.
Tramp çıxışında bildirib:
"Düşünürəm ki, onun kimi insanlar var və açığı, bu barədə çox düşünməmişik. Mənə elə gəlir ki, içəridən kimsə daha uyğun ola bilər. Dedim ki, o, çox yaxşı insan kimi görünür. Amma əgər orada hazırda populyar olan birisi varsa, həmin insan mənə daha uyğun görünür."
Aytən Yaşar / Turkustan.az