"WhatsApp" tətbiqində qrup çatlarının idarəetmə imkanlarını genişləndirən yeni funksiya istifadəyə verilib.
Yeniliyin tətbiqi barədə məlumat xidmətin rəsmi saytında dərc olunub.
Yeniliyə əsasən, qrup administratorları və iştirakçıları yeni qoşulan istifadəçilərə 100-ə qədər son mesajı göndərə biləcəklər. Bu, ekran görüntüsü və ya ayrıca yönləndirmə ehtiyacını aradan qaldırır və yeni üzvlərin müzakirələrə daha tez qoşulmasına imkan yaradır.
Şirkət bildirir ki, mesaj tarixçəsi başdan-başa şifrələmə ilə qorunur və paylaşım zamanı qrup üzvlərinə bildiriş göndərilir.
Administratorlar istədikləri halda bu funksiyanı deaktiv edə bilərlər.
Yenilik mərhələli şəkildə istifadəyə verilir. /Milli.Az/