İsrail ordusu İrana qarşı hava hücumları təşkil edib və nəticədə Tehranda partlayışlar baş verib.
Turkustan.az xəbər verir ki, Kermandakı hava bazasına raket hücumu nəticəsində on üç əsgər həlak olub. Bu arada, İran cavab hücumlarını davam etdirir.
"Əl-Ərəbiyyə"nin İran İnqilab Keşikçilərinə istinadən verdiyi məlumata görə, iki gün əvvəl İranın müvəqqəti müdafiə naziri təyin olunmuş Məcid Əbnalaza Tehranda baş verən hücumlarda həlak olub .
İsrail ordusu bildirib ki, "İsrail ordusu bu yaxınlarda Tehranda İranın yüksək rütbəli terrorçu rejiminin komandirini vurub
Bu arada, müharibə dördüncü günündə tam şiddətlə davam edərkən, İsrail ordusu Livana quru hücumu başlatdığını elan etdi. Səhər saatlarında paytaxt Beyruta ardıcıl hava hücumları həyata keçirən İsrailin bu hərəkəti dünyanı təşvişə saldı.
Aytən Yaşar/ Turkustan.az