ABŞ Prezidenti Donald Tramp İran tərəfi ilə danışıqlardan imtina edib.
Turkustan.az xəbər verir ki, o bu barədə özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb.
Prezident qeyd edib ki, İranın hava hücumundan müdafiə (HHM) sistemi, hərbi-hava qüvvələri (HHQ), hərbi-dəniz qüvvələri (HDQ) və rəhbərliyi "məhv edilib".
"Onlar danışıqlar istəyirlər. Mən isə dedim, artıq gecdir!", - Tramp yazıb.
Xatırladaq ki, Tramp daha əvvəl İran rəsmilərinin danışıqlar üçün ona müraciət etdiyini bildirmişdi. Lakin İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani rəsmi Tehranın ABŞ-la heç bir danışıqlara getməyəcəyini açıqlamışdı.
Bizim.Media