Zonquldakda ağır işlərinə yerin altında davam edən mədənçilər Ramazan ayının ilk sübh yeməyini kömür istehsalında istifadə olunan taxta dirəklərlə yerin 120 metr dərinliyində (altında)qurduqları süfrədə yeyiblər.Türküstan.az xəbər verir ki,Kilimli rayonunda yerləşən Gəlik qəsəbəsində özəl şirkət tərəfindən idarə olunan mədəndə işçilər imsak(sahur) vaxtı yaxınlaşdıqca süfrələrini taxta dirəklərdən və taxtalardan düzəldiblər.
Ramazan ayının ilk sübh yeməyini dəbilqələrinin işıqları ilə işıqlandırılan mədən içərisində yeməsinin həyəcanını yaşayan mədənçilər, kömürə boyanmış əlləri ilə gətirdikləri pomidor, xiyar, soğan, bibər, pendir, zeytun, konserv və çörəyi yeyiblər.
Ailələrindən uzaqda, yerin 120 metr altında olan işçilər ilk səhər yeməyinin (sahur) həyəcanını yaşayıblar və namazdan sonra oruc tutmağa niyyət ediblər.Daha sonra işçilər mədəndə növbələrini davam etdiriblər.
“Evdən gətirdiyimiz hər şeyi buradakı dostlarımızla bölüşüb birlikdə yeyirik”.
Təxminən 15 ildir mədəndə çalışan 45 yaşlı mədənçi Şener Zurnalı jurnalistlərə açıqlamasında bildirib ki,iş şəraitinin ağır olduğunu və evdən kənarda sahur yeməyinin onları emosional vəziyyətə saldığını deyib.Zurnalı peşəyə ilk başladığı zaman iş şəraitinin onu yormadığını, lakin zaman keçdikcə çətinləşdiyini bildirib. O, "Yerin üstünə baxsaq, yeraltı daha çətindir, amma əlimizdən gələn bir şey yoxdur, dolanışığımız üçündür. Çalışmalıyıq. Yenə bir Ramazan gəldi, şükür Allaha. İnşallah, bu Ramazanı da şad və şən keçirərik. Allah bizə də bayrama çatmağı nəsib etsin".
Zurnalı ailələrindən ayrılıqda ilk sübh yeməyini yedikdən sonra duyduqları kədəri dilə gətirərək, "Bizim əlimizdən heç nə gəlmir. Dolanmaq üçün işləməliyik. Onlar da çörək gözləyirlər. Süfrədə pendir, zeytun, pomidor, xiyar, soğan, yaşıl lobya vardır.Evdən nə gətirdiksə, dostlarımızla bölüşürük, daha sonra işimizə davam edirik".
“Qısa müddətə hər şeyi unuduruq”.
12 ildir mədənçi işləyən 46 yaşlı Səlahəddin Ordu bunları deyib:
"İçəri girəndə hər şeylə əlaqəni kəsirsən. 120 metr yerin altından gedirik, şərait ağırdır. Qısa müddətə hər şeyi unuduruq. Yenə Ramazana çatdıq. Dostlarımızla ilk sahurumuzu (sübh qabağı yeməyini) etdik. Hamı evdən sahurumuza yemək gətirmişdir. Ailəmiz birinci gəlir, amma bu iş mühitində dostlarımız da bir-birimizə dəstək ola bilirik. Evdə təbii ki, biz bu şərtləri qəbul edirik, çünki şərait bunu tələb edir və ailəmizi təmin etmək üçün dolanışığımızın arxasınca qaçırıq”.
Tahirə Nur