İsrail yeni liderin seçiləcəyi binaya hücum etdi


ABŞ-İsrail hücumlarının hədəfi olan İranın paytaxtı Tehranda yeni partlayışlar baş verib.

Turkustan.az xəbər verir ki, ABŞ-İsrail hücumlarından sonra paytaxtda çoxsaylı partlayışlar eşidilib.

İran mediası İsrail-ABŞ hava hücumunun İranın yeni liderini seçəcək orqanın yerləşdiyi binanı hədəf aldığını bildirib. İran dövlət televiziyası binanın əvvəlcədən boşaldıldığını və heç bir itki olmadığını bildirib.

Hücumdan qısa müddət əvvəl İsrail ordusu Tehranda genişmiqyaslı hücuma başladığını elan etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ