İranın bölgədəki ABŞ bazalarına qarşı raket və pilotsuz təyyarə hücumları nəticəsində altı Amerika əsgərinin öldürüldüyü barədə açıqlama Vaşinqtonda ajiotaj yaradıb.
Turkustan.az xəbər verir ki, bu hadisədən sonra ABŞ prezidenti Donald Trampın açıqlaması diqqəti cəlb edib.
Tramp hücumlara cavab olaraq həyata keçirilən "Epik Qəzəb Əməliyyatı"ndan danışıb. ABŞ-ın qisas alacağını vurğulayan Tramp ölkəsinin öz maraqlarını və əsgərlərini qorumaqda qərarlı olduğunu bildirib.
Prezident Trampın çıxışından sonra kürsünü tərk edərkən başını aşağı salıb qeyri-adi dərəcədə ciddi davranış nümayiş etdirməsi ictimaiyyətin diqqətini çəkdi. Sosial mediada paylaşılan görüntülər Trampın kədərli və qəzəbli bir əhval-ruhiyyədə olduğunu göstərirdi.
ABŞ və İran arasında baş verən hücumlar bölgədə gərginliyi daha da artırıb və altı əsgərin ölümü Vaşinqton administrasiyasına təzyiqi artırıb. Ekspertlər qeyd edirlər ki, növbəti addımlar münaqişənin gedişatını müəyyən edəcək.
Aytən Yaşar/ Turkustan.az