Bakı-Qazax yolunda qəza - 1 tona yaxın yanacaq yola töküldü - FOTO


Bakı-Qazax yolunda yük maşını qəza törədib.

Turkustan.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Türkiyə vətəndaşı 1969-cu il təvəllüdlü S.Hakyeməz idarə etdiyi İveco (TIR) markalı yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən avtomobil idarəetmədən çıxıb.

Nəticədə yük avtomobili magistral yolunun dəmir arakəsməsinə dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Yük avtomobilinin yük yerində olan dəmirlər yola dağılıb. Bundan başqa, yük avtomobilindən 1 tona yaxın yanacaq yola tökülüb.

Faktla bağlı araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ