Qəzzada gərginlik artır: HƏMAS-dan atəşkəs xəbərdarlığı


HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyyə İsrailin Qəzza zolağında hücumlarını artırmasının atəşkəs razılaşmasını təhlükə altına ata biləcəyi barədə xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, Əl-Həyyə İsrailin çərşənbə axşamından etibarən intensivləşən hücumlarını və Fələstin polisinin yüksək vəzifəli şəxslərinin hədəfə alınmasını pisləyib.

O bildirib ki, hücumların davam etdirilməsi İsrailin “təcavüzkar siyasətini davam etdirdiyini və vasitəçilik səylərini nəzərə almadığını” göstərir.

HƏMAS lideri vasitəçiləri və atəşkəs razılaşmasının zaminlərini İsrailə təzyiq göstərərək hücumları dayandırmağa və razılaşmanın pozulmasının qarşısını almağa çağırıb.

Qeyd edək ki, İsrailin Qəzza şəhərində polis məntəqəsinə endirdiyi hava zərbəsi nəticəsində 9 fələstinli ölüb, 15 nəfər yaralanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ