Tiflisdə şiddətli leysan fəlakəti: Küçələr, metro stansiyaları su altında qaldı, kütləvi təxliyə başladı - VİDEO


Tiflisdə yağan şiddətli leysan yağışları şəhər təsərrüfatında ciddi fəsadlar və fəlakətli vəziyyət yaradıb.

Turkustan.az xəbər verir ki, güclü yağış nəticəsində paytaxtın bir çox küçələri, binaların zirzəmiləri, eləcə də "Rustaveli" və "Vaja-Pşavela" metro stansiyalarını su basıb. Xüsusilə Tamaraşvili prospektində hərəkət tamamilə iflic olub.

Saburtalo rayonunun Çikovani küçəsində isə leysan səbəbindən qaz kəməri zədələnib. Yaranan təhlükə ilə əlaqədar yaxınlıqdakı yaşayış binasının sakinləri təcili təxliyə edilib. Hazırda qaz şəbəkəsinin bərpası istiqamətində işlər davam etdirilir. Tiflis Meriyasından bildirilib ki, küçə və yolların təmizlənməsi, fəsadların aradan qaldırılması üçün müvafiq qurumlar və rayon icra hakimiyyətləri fövqəladə iş rejimində çalışırlar.

Hadisə yerindən son məlumatları və təfərrüatları müxbir Məryəm Aptsiauri canlı yayımda təqdim edir.

/musavat.com/


MANŞET XƏBƏRLƏRİ