"Suriyaya hücum təhlükəli bir addımdır" - Müxalifətdən Netanyahuya


İsrail Demokratlar Partiyasının lideri Yair Golan Baş nazir Binyamin Netanyahunun Suriyanın İdlib əyalətində yerləşən tərk edilmiş Əbu Zuhur Hərbi Hava Limanına zərbə endirməsini “həyasız və təhlükəli” addım adlandırıb.

Turkustan.az xəbər verir ki, Golan X sosial şəbəkəsində paylaşımında İsrailin Suriyaya hücumunun Türkiyə ilə gərginliyi artırdığını və ABŞ-la münasibətləri daha da çətinləşdirdiyini bildirib.

Onun sözlərinə görə, Netanyahu siyasi maraqları naminə hərbi gücdən istifadə edir və bunun əvəzini İsrail təhlükəsizlik baxımından ödəyir.

Golan Netanyahunu “ifrat və etibarsız” siyasətçi adlandıraraq, onun rəhbərliyi ilə regionda sabitlik yaratmağın mümkün olmadığını vurğulayıb.

O, Netanyahunun İsraili tərəfdaşlarından və müttəfiqlərindən uzaqlaşdırdığını, siyasi gələcəyini qorumaq üçün yeni münaqişələr yaratdığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ