Ağdamda açıq ərazidə yanğın: Mina partlayışları baş verir


Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın baş verib.

Turkustan.az-ın xəbərinə görə, yanğın hadisəsi rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının başvermə səbəbi araşdırılır.

***

Ağdam rayonunda açıq ərazidə baş verən yanğın davam edir.

Yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir, o cümlədən cəlb olunmuş əlavə texnikanın köməyi ilə küləyin istiqaməti üzrə ətraf sahələrin şumlanması həyata keçirilir.

***

Ağdam rayonunda yanğın baş verən ərazidə mina partlayışları müşahidə olunur.

Rayonun yenidən qurulan Sarıcalı kəndinə yaxın açıq ərazidə baş verən yanğın mina və partlamamış hərbi sursatlarla çirklənən yerlərə yayılıb.

Yanğın zamanı bir neçə mina partlayışı müşahidə olunub. Partlayışlar yanğınlara operativ müdaxilə edilməsi işlərinə mane olur, alovun söndürülməsi işlərini ləngidir.


MANŞET XƏBƏRLƏRİ